Kişi qardaşı qızını qaçıran gənci öldürdü - Təfərrüat

16 Sentyabr 2013 09:50 (UTC+04:00)
Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. 33 yaşlı Qarazəncir kənd sakini Elnur Mirzə oğlu Mirzəyev 18 yaşlı Niyaməddin Əyyub oğlu Bayramovu boğub öldürüb.

Belə ki, Elnur Mirzəyev Niyaməddinin yaşadığı evə gələrək onu "VAZ-2107" markalı avtomobilə otuzdurub ucqar kəndə aparıb. Elnur Mirzəyev üzərindəki kəməri Niyaməddin Bayramovun boğazına keçirərək onu boğub. Qətli törətdikdən sonra Elnur Daxili İşlər Nazirliyinin "102" xidmətinə törətdiyi cinayət barəsində məlumat verib. Hadisə yerinə gələn Cəlilabad rayon polis şöbəsinin əməkdaşları mərhum Niyaməddin Bayramovun meyitni deyilən ərazidə aşkar ediblər.

Hadisənin baş vermə səbəblərinə gəlincə, 18 yaşlı Niyaməddin bir müddət əvvəl Elnurun qardaşı qızını qaçırıb. Lakin qısa müddətdən sonra onlar ayrılıb. Elnur boşanmış qardaşı qızının qisasın almaq üçün bu qətli törətdiyi bildirib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir. (anspress)


***
10:17

Cəlilabadda 18 yaşlı gənci boğaraq öldürülüb.

Trend xəbər verir ki, sentyabrın 15-də axşam saatlarında Cəlilabad rayonunda 1980-ci il təvəllüdlü Mirzəyev Elnur Mirzə oğlu 1995-ci il təvəllüdlü Bayramov Niyaməddin Eyyub oğlunu öldürüb. Mirzəyev rayonun Cəlair kəndindən təxminən 1 km aralıda şəxsi münaqişə zəminində baş verən dava zamanı şalvarının bel kəməri ilə Bayramovu boğaraq öldürüb.

Faktı Trend-ə Cəlilabad rayon Prokurorluğundan da təsdiq ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az