İranda 4 nəfər edam edildi

16 Sentyabr 2013 08:30 (UTC+04:00)
İranda 4 nəfər edam edilib. APA-nın məlumatına görə, bunlardan üçü İranın Loristan, biri isə Mazandaran vilayətində baş verib.


Narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan üç məhbus Loristan vilayətinin Əliqodərz həbsxanasında edam edilib. Bu müttəhimlərin ad və soyadları açıqlanmayıb. Təcavüzdə təqsirləndirilən İrfan adlı məhbus isə Mazandaran vilayətinin Qaemşəhr şəhərinin meydanında əhalinin gözü qarşısında dara çəkilib. Onun 18 yaşı olduğu bildirilir. Hər iki vilayətdəki ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 14-də icra edilib.

Qeyd edək ki, son günlər İranın Qərbi Azərbaycan vilayətində 6, Gilan vilayətində 3, Simnan vilayətində 2, Kirmanşah vilayətində 2, Xuzistan və Kohgiluyə və Boyer-Əhməd vilayətlərində isə 2 nəfər dara çəkilib.

AzNews.az