ABŞ-ın vasitəçiliyi ilə Qəzzada HƏMAS və İsrail arasında əldə edilən atəşkəs razılaşmasının ikinci mərhələsinin bir hissəsi olaraq, sülh prosesinə nəzarət etmək və onu idarə etmək üçün Qəzza Sülh Komitəsi yaradılıb.
Bir çox ölkənin və liderin dəvət olunduğu komitə ilə bağlı maraqlı bir hadisə baş verib.
ABŞ Prezidenti Donald Tramp sosial mediada Kanadanın Sülh Şurasında iştirak etmək üçün dəvətini geri götürməsi ilə bağlı şərh verib.
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə ünvanladığı paylaşımında belə yazıb:
“Cənab Baş nazir Karni, xahiş edirəm bu məktub Barış Şurasının Kanadanın indiyədək yaradılmış ən nüfuzlu Liderlər Şurasına qoşulması ilə bağlı dəvətini geri götürdüyünü bildirmək üçün istifadə edilsin. Bu məsələyə göstərdiyiniz marağa görə təşəkkür edirik”.
Mövsüm,
AzNews.az