Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Zelenskini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı çıxışına görə sosial mediada tənqid edib.
Orban açıqlamasına "Zelenski Davosda sərhədi keçdi" deyərək başlayıb və davam edib: "Macarıstanda seçkilər yaxınlaşdığı üçün onun Macarıstan hökumətini və şəxsən məni hədəfə alması yeni bir şey deyil. Amma təəccüblü olan o idi ki, o, çıxışında hər bir Avropa liderini tənqid etdi. O deyir ki, göndərilən dəstək yetərli deyil, silahlar yetərli deyil və Avropanın qətiyyəti yetərli deyil".
Mövsüm,
AzNews.az