Abbas Əraqçi təsdiqlədi: İğtişaşlar zamanı 3000 çox adam həlak olub

23 Yanvar 2026 19:43 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranda baş verən iğtişaşlar nəticəsində 3000-dən çox insan ölüb.

Nazir özünün Telegram kanalında bildirib ki, "ölənlərin ümumi sayı 3117-dir".

Ölənlərin əksəriyyətinin — 2427 nəfərin — mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu məlumdur. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin daha 690 nəfəri silahlı qrupların üzvləri olub.

Mövsüm,

AzNews.az