Niderland və Fransanın 2 aviaşirkəti Yaxın Şərq üzərindən uçuşları dayandırıb

24 Yanvar 2026 11:05 (UTC+04:00)

Niderlandın KLM və Fransanın "Air France" aviaşirkətləri Yaxın Şərq ölkələri üzərindən uçuşları müvəqqəti olaraq dayandırıb.

Aznews.az xəbər verir ki, bu barədə “NU.nl” və "N12" portalları məlumat yayıb.

Məlumata görə, KLM İran, İraq və İsrail də daxil olmaqla Yaxın Şərq ölkələri üzərindən uçuşları dayandırıb. Dubay, Ər-Riyad, Dammam və Təl-Əviv istiqamətlərində bir sıra reyslər ləğv edilib və ya müvəqqəti olaraq təxirə salınıb. Şirkət qərarın sərnişin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib və vəziyyətdən asılı olaraq yenidən nəzərdən keçiriləcəyini qeyd edib. KLM-in açıqlamasında bildirilir ki, məhdudiyyətlər “mövcud geosiyasi vəziyyət” səbəbindən tətbiq olunub.

Air France də analoji qərar qəbul edərək region üzərindən uçuşları dayandırıb.

Niderlandın xarici işlər naziri David van Vil “NPO 2” telekanalına müsahibəsində KLM-in uçuşları dayandırmasının bölgədə hərbi qüvvələrin artırılması və ABŞ-ın addımlarının qeyri-müəyyənliyi ilə bağlı ola biləcəyini deyib.

“Bunun dəqiq səbəbini təsdiqləyə bilmərəm. Amma vəziyyət gərgindir. Hərbi güc artırılır. Əgər amerikalılar hər hansı addım atsaydılar, mütləq əvvəlcədən hamını məlumatlandırmaya bilərdilər. KLM bu kontekstdə riskləri qiymətləndirir”, - nazir bildirib.