İspaniya parlamentinin sədri: Bakıda müasir çağırışlarla mübarizə barədə açıq dialoq apardıq

24 Yanvar 2026 16:41 (UTC+04:00)

İspaniya ilə Azərbaycan ikitərəfli əməkdaşlıq və müasir çağırışlarla mübarizə məsələləri barədə açıq və konstruktiv dialoq aparıblar.

Aznews.az xəbər verir ki, bu barədə İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdən sonra "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, görüş zamanı beynəlxalq vəziyyət və mürəkkəb qlobal şəraitdə institusional əməkdaşlığın gücləndirilməsi zərurəti ilə bağlı fikir mübadiləsi aparılıb.

"Bu, sabitlik, ölkələr arasında əməkdaşlıq və üzləşdiyimiz əsas çağırışlara birgə cavabların hazırlanması üçün əvəzolunmaz vasitə kimi çoxtərəfliliyin əhəmiyyətli məsələlərinə yönəlmiş açıq və konstruktiv dialoq oldu", - məlumatda bildirilib.