Gürcüstan ötən il Azərbaycandan rekord dəyərdə keramika məhsulları alıb

24 Yanvar 2026 16:43 (UTC+04:00)

Ötən il Gürcüstan Azərbaycandan 1,3 milyon ABŞ dolları dəyərində keramika məhsulları idxal edib.

Aznews.az xəbər verir ki, bu, ən azından son 17 il üçün rekord göstəricisidir, 2024-cü illə müqayisədə isə 62 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 129 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 7,5 % çoxdur.

Bu ilin ilk 9 ayında Gürcüstan İrandan 30 milyon ABŞ dolları, Çindən 28 milyon ABŞ dolları, İspaniyadan 22 milyon ABŞ dolları, Türkiyədən 20,5 milyon ABŞ dolları, İtaliyadan 9 milyon ABŞ dolları dəyərində məhsul alıb.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 120 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bunun da 789 min ABŞ dolları Azərbaycanın payına düşüb.