"Qəbələ"nin məşqçisi: "Matça çox yaxşı hazırlaşmışdıq"

24 Yanvar 2026 16:58 (UTC+04:00)

"Qəbələ" komandası "Şamaxı" ilə keçirilən oyuna çox yaxşı hazırlaşıb.

Aznews.az xəbər verir ki, bunu "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonrakı mətbuat konfransında deyib.

Mütəxəssis qalibiyyət münasibətilə komandanı təbrik edib:

"Bilirdik ki, möhkəm kollektivə qarşı oynayacağıq. Yanvarın 4-dən təlim-məşq toplanışına başladıq və bütün hazırlığı məhz bu ilk qarşılaşmaya uyğun qurmuşduq. 'Şamaxı' mövsümün əvvəlində tətbiq etdiyi sistemi sonradan dəyişmişdi. Ona görə də rəqibin hər iki oyun sistemini təhlil etmişdik".

G.Çixradze heyətə yeni qoşulan futbolçuların çıxışından razılığını bildirib:

"Yeni transferlərimiz bu gün çox yaxşı təsir bağışladılar. Onlar artıq komandaya uyğunlaşıblar".