Ötən il Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 65 milyon 108,2 min ABŞ dolları, həcmi isə 247,95 ton təşkil edib.
Aznews.az xəbər verir ki, bunlar 2024-cü il ilə müqayisədə müvafiq olaraq 10,1 % və 16 % azdır.
2025-ci ildə Azərbaycana xarici ölkələrdən 61 milyon 778,4 min ABŞ dolları dəyərində 240,4 ton poçt göndərişi idxal edilib ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 11 % və 16,6 % azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 3 milyon 329,9 min ABŞ dolları dəyərində 7,5 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə 6 % və 10,7 % çoxdur.