Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:28 (UTC+04:00)

Auditorlar Palatası daha 5 audit şirkətinə müddətli lisenziya verib.

Aznews.az xəbər verir ki, "FR Advisory" MMC-yə bu il yanvarın 12-dən 2031-ci il yanvarın 12-nə qədər qüvvədə olmaqla AT/363 saylı auditor sertifikatı təqdim edilib. Şirkətin direktoru Yusifov Ruslan Ağasəlim oğludur.

"Audit Group 775" MMC-yə isə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/367 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Əlizadə Elmar Şahin oğludur.

Bundan başqa, "HLB Audit International" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/364 saylı lisenziya təqdim olunub. Şirkətin direktoru Dadaşov Tale Elşad oğludur.

Həmçinin "Smart Audit and Consulting" MMC-yə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/366 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Kərimov Ziyəddin Əliş oğludur.

Eyni zamanda, "Summit Finance Solutions" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/365 saylı lisenziya təqdim edilib. Şirkətin direktoru Məhəmmədzadə Səbuhi Rauf oğludur.

Hazırda ölkədə ümumilikdə 150 auditor təşkilatı fəaliyyət göstərir.