Misir Prezidenti: Qəzzadan fələstinlilərin köçürülməsi Avropaya miqrasiyanı artıra bilər

24 Yanvar 2026 23:30 (UTC+04:00)

Fələstinlilərin Qəzza sektorundan Misirə köçürülməsi Avropa ölkələrinə qeyri-qanuni miqrasiya axınının artmasına gətirib çıxara bilər.

AzNews.az xəbər verir ki, bu barədə Misir Prezidenti Abdel Fattah əl-Sisi xəbərdarlıq edib.

Misir lideri bildirib ki, Qəzzadan təxminən 2,5 milyon fələstinlinin köçürülməsi yalnız fələstin məsələsinin faktiki olaraq aradan qaldırılması anlamına gəlməyəcək, eyni zamanda yüz minlərlə insanın Qərb ölkələrinə qeyri-qanuni miqrasiyasına səbəb olacaq.

Onun sözlərinə görə, belə bir miqrasiya dalğasının təhlükəsizlik və iqtisadi sahələrdə doğura biləcəyi nəticələrin öhdəsindən heç bir ölkə gələ bilməz.