İraqda prezident seçkilərinin vaxtı məlum olub

25 Yanvar 2026 15:58 (UTC+04:00)

İraqda prezident seçkiləri ölkənin parlamenti – Nümayəndələr Şurasında yanvarın 27-də keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə İraq parlamentinin sədri Heybat əl-Xalbusi bildirib.

"Respublika prezidentinin seçilməsi ilə bağlı parlamentin iclası 27 yanvar tarixinə təyin olunub", - o deyib.

Dövlət başçısı postuna namizədlərin yekun siyahısında 19 nəfərin adı var. Onların arasında hazırkı prezident Əbdül Lətif Rəşid (namizədliyini özü irəli sürüb) və hazırkı xarici işlər naziri Fuad Hüseyn də yer alır.

Xatırladaq ki, 2025-ci ilin sonunda İraq parlamenti Heybat əl-Xalbusini Nümayəndələr Şurasının sədri seçib. Konstitusiyaya əsasən, bundan sonrakı 30 gün ərzində deputatlar ölkə prezidentini seçməlidirlər. Prezident isə ən böyük koalisiyaya İraqın baş nazirliyinə namizəd irəli sürməyi tapşırmalıdır.