Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gələrək üçüncü sıraya yüksəlib

25 Yanvar 2026 17:59 (UTC+04:00)

Misli Premyer Liqasının XVII turunda "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib.

Aznews.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç tovuzluların 2:1 hesablı qələbəsi ilə bitib.

Qərb təmsilçisinin qollarını Hayderson Hurtado (13) və Rəhim Sadıxov (69) vurublar. "Sumqayıt"ın qolu da Hayderson

Hurtadonun passivinə yazılıb. O, 61-ci dəqiqədə avtoqol müəllifi olub.

"Turan Tovuz" 30 xalla üçüncü sıraya yüksəlib. "Sumqayıt" isə 27 xalla beşinci pillədə qalıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. "Qəbələ" "Şamaxı"nı (4:0), "Kəpəz" "Qarabağ"ı (2:0) məğlub edib.