Fırtınaya görə ABŞ-də 740 min ev elektriksiz qaldı

25 Yanvar 2026 18:49 (UTC+04:00)

ABŞ-də qış fırtınası səbəbindən elektrik təchizatı olmayan abunəçilərin sayı dayanmadan artır.

Aznews.az xəbər verir ki, bu, "Poweroutage" saytının məlumatlarından bəlli olur.

Belə ki, 739 min 168 ev elektriksiz qalıb, o cümlədən Tennessi ştatında 253 min 160, Texasda 132 min 930, Luizianada 119 min 751 və Missisipidə 119 min 469 ev bu problemlə üzləşib. Ümumilikdə 37 ştat zərər çəkib.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatlarına görə, güclü qar yağıntısı, yaş qar və dolu təxminən 180 milyon insana - əhalinin yarısından çoxuna təhlükə yaradır.

Eyni zamanda, hava şəraiti səbəbindən 9,6 mindən çox aviareysin ləğvi gözlənilir.