Fransa Ukraynaya 500 kilometr mənzilli olan dronlar göndərib

25 Yanvar 2026 21:55 (UTC+04:00)

Fransanın “EOS Technologie” şirkəti 500 kilometrə qədər mənzilli zərbələr endirmək üçün Ukraynaya bir neçə pilotsuz uçuş aparatı (PUA) göndərib.

Aznews.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat verib.

Məlumata görə “Rodeur” modeli PUA 4 kq-a qədər faydalı yük daşıya və 100 km/saat sürətlə 5 saat uça bilir.

O, katapultla buraxılır və iki operator tərəfindən yığılması üç dəqiqə çəkir.

Model kəşfiyyat missiyaları yerinə yetirə və ya kamikaze dron kimi istifadə edilə bilər.

AzNews.az