9 yaşlı uşaq dəm qazından zəhərlənib öldü

26 Yanvar 2026 09:27 (UTC+04:00)

Samuxda 9 yaşlı uşaq dəm qazından zəhərlənərək ölüb.

Aznews.az xəbər verir ki, 2017-ci il təvəllüdlü M.Əsgərov Samux şəhəri, 28 May küçəsində hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Aznews.az