Sosial şəbəkələrdə bunu edənlər 500 manat cərimə olunacaq

26 Yanvar 2026 16:47 (UTC+04:00)

İnternet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə cərimələr müəyyənləşib.

Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə edilən yeni - 524.2-ci maddəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə beş yüz manat məbləğində cərimə ediləcək.

Aznews.az