İtaliya Sülh Şurasına qoşulmaqdan imtina etdiyini açıqladı

26 Yanvar 2026 18:25 (UTC+04:00)

İtaliyanın xarici işlər naziri Antonio Tajani ölkənin ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Qəzza zolağında sülh yolu ilə həll üçün yaradılan "Sülh Şurası"na qoşulmaq planının olmadığını açıqladı.

Bu barədə Upday.News məlumat yayıb .

Məqalədə deyilir ki, "Tajani açıq şəkildə bildirib ki, İtaliya konstitusiya məhdudiyyətlərinə görə Donald Trampın "Sülh Şurasına" qoşula bilməz".

Ölkə konstitusiyasında aşılmaz məhdudiyyətlərin olduğu bildirilib.

Şuranın nizamnaməsinin 9-cu maddəsi üzvlərin bərabərliyi ilə bağlı konstitusiyanın 11-ci maddəsi ilə ziddiyyət təşkil edir.

Mövsüm,

AzNews.az