Ərazi Tikinti-Planlaşdırma Mərkəzi auditor seçir

26 Yanvar 2026 19:28 (UTC+04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Aznews.az xəbər verir ki, sorğuda iştirak haqqı 36 manatdır.

İddiaçılar təkliflərini fevralın 5-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 5-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 5,8 min manat ödənilib.