İspaniya futbolunun əfsanəvi simalarından biri olan Serxio Ramosun, karyerasına başladığı "Sevilya" klubunu satın almaq üçün klub rəhbərliyi ilə razılığa gəldiyi iddia edilir.
"Cadena Ser"in verdiyi xəbərə görə, tərəflər prinsipial olaraq əl sıxıblar.
Xəbərdə yer alan məlumatlara görə, Serxio Ramosun "Sevilya"nı almaq üçün razılaşdığı məbləğin 400 milyon avro olduğu bildirilir. Görüşmələrin tamamlandığı və prosesin rəsmiləşməsinin gözlənildiyi qeyd edilib.
Yetirməsi olduğu kluba uzun illərdən sonra futbolçu kimi geri dönən Serxio Ramosun bu dəfə klub sahibi olaraq qayıtmağa hazırlaşması İspaniya futbolunda böyük əks-səda doğurub.
Mövsüm,
AzNews.az