Özbəkistan universitetləri Bakı sərgisində təqdim ediləcək

26 Yanvar 2026 22:05 (UTC+04:00)

Yanvarın 31-də Bakıda Özbəkistan universitetlərinin II Təhsil Sərgisi təşkil olunacaq.

Sərgi Ingla International ETC, Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və Crossmedia.az analitik- informasiya portalının dəstəyi ilə təşkil olunur.

Tədbirdə Özbəkistanın 15-dən artıq özəl və dövlət universitetinin və ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.

Özbəkistandan gələn qonaqlar yanvarın 30-da Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı elmi mühitlə tanış olacaqlar.

Sərgidə ölkəmizin ictimai- siyasi mühitinin nümayəndələri, o cümlədən deputatlar, ictimai və elm xadimləri, ziyalılar, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Tədbirdə, həmçinin iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.

Crossmedia MMC sərginin media tərəfdaşıdır. Sərginin media tərəfindən geniş şəkildə işıqladırılması planlaşdırılır.

Tədbir yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxansında keçiriləcək.

Ingla International ETC Özbəkistan universitetlərinin Azərbaycandakı rəsmi tərəfdaşıdır.

Sərgidə iştirak ödənişsizdir. Özbəkistan təhsil sistemi ilə maraqlananlar tədbirdə iştirak edə bilərlər.

Qeyd edək ki, Bakıda Özbəkistan universitetlərinin I Təhsil Sərgisi ötən il təşkil olunmuş və maraqla qarşılanmışdı.

Tədbirdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz tövsiyə olunur:

https://forms.gle/MqoGKWwjyR8BkoEQA

https://crossmedia.az/az/article/66577