Abşeron polisinin “bıçaqlama” əməliyyatı

16 Sentyabr 2013 10:13 (UTC+04:00)
Sentyabrın 14-də gecə saat 00.30-da Kamil Zakir oğlu Məmmədovu bıçaqlayaraq hadisə yerindən qaçan şəxs saxlanılıb. Bu barədə AzNews.az-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Xəbərə görə, aparılan əməliyyat tədbirləri nəticəsində Quşçuluq yaşayış massivi Q.Xalıqov küçəsi -35 ünvanında yaşayan İlham Loğman oğlu Abbasov yaxalanıb. İ.Abbasovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.

İ.Abbasov bundan əvvəl də məhkum olunub. Onun dələduzluqda ittiham olunduğu bildirilir.

Qeyd edək ki, bıçaqlanan şəxsin xəstəxanada müalicəsi davam etdirilir.

Ruhiyyə
AzNews.az