İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib

27 Yanvar 2026 11:00 (UTC+04:00)

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Ponorogo bölgəsindən 19 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

Təxminən 127 kilometr dərinlikdə baş verən 5,7 bal gücündə zəlzələdə heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Mövsüm,

AzNews.az