Əli İnsanovun iddiası əsasında məhkəmə prosesi başlayacaq

16 Sentyabr 2013 10:20 (UTC+04:00)
Sentyabrın 31-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Əli İnsanovun Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərova qarşı iddiasına baxılacaq.

Bu barədə məlumatı AzNews.az-a Əli İnsanovun vəkili Toğrul Babayev verib. Məhkəməyə hakim Elçin Bayramov sədrlik edəcək.

Vəkilin sözlərinə görə, C.Əsgərov Avropa Məhkəməsinin Əli İnsanov barədə çıxarılan qərarını Ali Məhkəməyə vaxtında təqdim etməyib.

Oktyabrın 17-də isə Əli İnsanovun Ali Məhkəmənin sədri Ramiz Rzayevlə məhkəmə çəkişməsi başlayacaq. Sabiq səhiyyə nazirinin iddiası əsasında məhkəmə prosesi hakim Müseyib Bayramovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Avropa Məhkəməsnin iyunun 14-də Əli İnsanov barəsində çıxardığı qərarın icra müddəti sentyabrın 14-də başa çatıb. Ancaq Ali Məhkəmə qərarda tələb edildiyi kimi Plenum çağırmayaraq Əli İnsanov barəsində qərarı icra etməyib.

Elnarə
AzNews.az