Vanda Nara yenidən qalmaqala səbəb oldu! İkardiyə verdiyi ləqəbi açıqladı

27 Yanvar 2026 12:22 (UTC+04:00)

Məşhur model və menecer Vanda Nara, keçmiş əri Maksi Lopes və keçmiş sevgilisi L-Gantenin qatıldığı canlı yayımda verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.

Argentinada yayımlanan “Sería increíble” adlı proqramda qonaq olan Maksi Lopes və L-Gante ilə bağlı müzakirələr zamanı Vanda Nara proqrama canlı telefon bağlantısı ilə qoşulub. Canlı yayımda səsləndirdiyi sözlər isə studiyada gərgin anlara səbəb olub.

Maksi Lopes yayımda Vanda Naranın xarakterinə toxunaraq maraqlı bir xatirə paylaşıb:

“Vandada belə hallar çoxdur. İsveçrədə səhər yeməyi edərkən bir qadın bahalı dizayner çantası ilə yanımızdan keçdi. Vanda məndən onu alacağımı soruşdu, mən isə ‘Qətiyyən yox’ dedim.”

Canlı yayımın ən çox diqqət çəkən məqamı isə Vanda Naranın digər keçmiş əri Mauro İkardiyə verdiyi ləqəbi açıqlaması olub. Nara zarafatla belə deyib:

“İkiniz Voldemortla birləşib üçlük ola bilərsiniz.”

Bu sözlərə Maksi Lopes “Hansı üçlük?” deyə reaksiya verib.

Vanda Naranın Harri Potter seriyasındakı məşhur canidən ilhamlanaraq İkardiyə “Voldemort” ləqəbini verməsi studiyada təəccüblə qarşılanıb. Aparıcı Nati Jota bu zarafata yumorla yanaşsa da, Maksi Lopes mövzunu yumşaltmağa çalışaraq:

“Hamı ilə yaxşı münasibət qurmaq istəyirəm. Onların hamısını və uşaqlarımı sevdiyimi bilirlər,” – deyə bildirib.

Canlı yayım sosial şəbəkələrdə qısa zamanda geniş rezonans doğurub və Vanda Nara yenidən maqazin gündəminin mərkəzinə çevrilib.

Mövsüm,

AzNews.az