Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşdü

27 Yanvar 2026 13:00 (UTC+04:00)

27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.


XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 28 yanvar tarixində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

Aznews.az