Şimali Koreya yeni raket buraxılış qurğusunu sınaqdan keçirib

28 Yanvar 2026 11:41 (UTC+04:00)

Şimali Koreya Raket Administrasiyası sınağın lideri Kim Çen Inın rəhbərliyi altında keçirildiyini bildirib.

Səlahiyyətlilər, sınaq zamanı atılan dörd raketin təxminən 358,5 kilometr məsafədə dənizdə təyin olunmuş hədəfi yüksək dəqiqliklə vurduğunu açıqlayıblar. Sınaq sistemin əməliyyat imkanlarını yoxlamaq üçün aparılıb.

Şimali Koreya lideri Kim Çen In sınaqdan sonrakı qiymətləndirməsində yeni sistemin ölkənin müdafiə qabiliyyətində əhəmiyyətli bir irəliləyiş olduğunu qeyd edib.

Kim bildirib ki , "Bu silah sisteminin ən güclü aspektlərindən tam istifadə etməyə imkan verəcək texniki modernləşdirməni başa çatdırdıq və sistemi aktiv şəkildə işlək vəziyyətə gətirdik".

Mövsüm,

AzNews.az