Rusiya Prezidenti Vladimir Putin və Suriya Prezidenti Əhməd Şaranın bu gün Moskvada bir araya gələrək Orta Şərqdəki mövcud vəziyyəti müzakirə edəcəyi bildirilib.
Suriya Prezidentinin Mətbuat Ofisinin yaydığı məlumata görə, Əhməd Şara rəsmi səfər çərçivəsində Rusiyanın paytaxtı Moskvaya yola düşəcək və Kremlin Sarayında Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Açıqlamada qeyd olunub ki, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də Orta Şərqdə baş verən proseslər müzakirə ediləcək. Eyni zamanda danışıqlarda Rusiya Silahlı Qüvvələrinin Suriyadakı mövcudluğu məsələsinin də gündəmdə olacağı vurğulanıb.
Mövsüm,
AzNews.az