2025-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 6 milyard 369,9 milyon manat təşkil edib.
Aznews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 4,2 % azdır.
Xatırladaq ki, ötən il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməli idi. Beləliklə, il ərzində həmin məbləğin 97 %-i təmin olunub.