Azərbaycanın icmal büdcəsinin profisiti 35 % azalıb

28 Yanvar 2026 15:00 (UTC+04:00)

2025-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 955,1 milyon manat, xərcləri isə 44 milyard 651,9 milyon manat təşkil edib.

Aznews.az xəbər verir ki, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq cüzi və 4,2 % çoxdur.

Son nəticədə ötən il büdcədə 3 milyard 303,2 milyon manat profisit yaranıb. Bu isə əvvəlki ilə nisbətən 35 % azdır.