Türkiyənin "Beşiktaş" klubu Rusiya təmsilçisi "Lokomotiv"də çıxış edən Sesar Montesi heyətinə qatmaq istəyir.
Aznews.az xəbər verir ki, "qara qartallar" 28 yaşlı müdafiəçi üçün tezliklə Moskva komandasına təklif göndərəcək.
Qeyd edək ki, meksikalı oyunçu 2024-cü ildən "Lokomotiv"də çıxış edir. O, cari mövsüm 19 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.