Vətən müharibəsindən indiyədək 417 nəfər mina qurbanı olub

28 Yanvar 2026 16:56 (UTC+04:00)

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Aznews.az xəbər verir ki, bu, Baş Prokurorluqda keçirilən 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair Geniş Kollegiya iclasında qeyd edilib.

Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.