Premyer Liqa klubu "Yuventus"un futbolçusunu icarəyə götürüb

28 Yanvar 2026 22:52 (UTC+04:00)

İngiltərə təmsilçisi "Aston Villa" İtaliyanın "Yuventus" komandasının futbolçusu Duqlas Luisi icarəyə götürdüyünü açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi mövsümün ilk hissəsini "Nottinqem Forest"də (İngiltərə) icarə əsasında keçirib.

Qeyd edək ki, Duqlas Luis daha əvvəl - 2019-cu ildən 2024-cü ilə qədər "Aston Villa"da oynayıb.