"Sabah" basketbolçuları "Neftçi" ilə matçda yaxşı mübarizə aparıblar.
Aznews.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Neftçi" üzərində qaznaılan qələbəni şərh edib:
"İlk dəqiqələrdən çox yaxşı müdafiə olunduq. Məşqlərdə müdafiəyə çox diqqət ayırırıq. Təbii ki, hesab arasındakı fərq böyük olanda basketbolçuları tonusda saxlamaq çətin olur. Buna baxmayaraq çox yaxşı mübarizə apardılar. Oyunçularımızı yaxşı oyuna görə təbrik edirəm".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının XI turdan təxirə salınmış oyununda "Sabah" "Neftçi"ni 125:89 hesabı ilə məğlub edib.