Qubada kişi dəm qazından öldü

29 Yanvar 2026 10:32 (UTC+04:00)

Qubada kişi dəm qazından boğularaq ölüb.

Aznews.az xəbər verir ki, Asəf Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında çimərkən dəm qazından zəhərlənərək vəfat edib.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Aznews.az