Rusiyanın “Lukoil” neft şirkəti xarici aktivlərini satmaq üçün ABŞ-ın "Carlyle" investisiya şirkəti ilə müqavilə bağlayıb.
Aznews.az xəbər verir ki, bu barədə “Lukoil” şirkətindən bildirilib.
Qeyd olunub ki, bu əməliyyat Qazaxıstandakı aktivləri əhatə etmir, onlar “Lukoil” qrupunun mülkiyyətində qalacaq və müvafiq lisenziya əsasında fəaliyyətini davam etdirəcək.
Şirkətdən o da bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi də daxil olmaqla, tənzimləyicilərin icazələri hələ də tələb olunur.
Aznews.az