İranda milli valyutanın dəyər itirməsi ilə başlayan və sonradan rejim əleyhinə xarakter alan etiraz aksiyalarının ağır nəticələri davam edir.
Ölkədə nümayişlər və zorakılıq halları səngisə də, ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (“HRANA”) daha çox hadisəni təsdiqlədiyini bildirərək ölən və saxlanılanların sayını yeniləməkdə davam edir.
“HRANA”nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 42 min 486 nəfər saxlanılıb.
Etirazlar zamanı baş verən qarşıdurmalarda isə 214 təhlükəsizlik əməkdaşı daxil olmaqla, ümumilikdə 6 min 373 nəfər həyatını itirib.
Mövsüm,
AzNews.az