Finlandiya İran İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu təşkilatlar siyahısına əlavə edilməsini dəstəkləyir.
Finlandiya xarici işlər naziri Elina Valtonen bu barədə bildirib.
Valtonen X-də paylaşımında yazıb: “İran hakimiyyəti minlərlə öz vətəndaşını öldürməkdə və cəmiyyəti vəhşicəsinə repressiya etməkdə məsuliyyət daşıyır. Onlar rəğbətə layiq deyillər, amma hərəkətlərinə görə məsuliyyət daşımalıdırlar”.
Valtonen Finlandiyanın cümə axşamı Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə Aİ tərəfdaşlarına mövqeyini bildirəcəyini bildirib və əlavə edib ki, iranlılar azad və firavan gələcək tələb etməkdə cəsarət və qətiyyət nümayiş etdiriblər.
Mövsüm,
AzNews.az