Astronomlar ölçüsü Dünya ilə yaxın, 355 gündə ulduzunun ətrafında dövr edən və ulduzunun **“yaşana bilən zona”**da olma ehtimalı təxminən 50 faiz olan yeni bir planet namizədi kəşf ediblər.
Avstraliya, İngiltərə, ABŞ və Danimarkadan olan tədqiqatçılar tərəfindən aşkar edilən bu göy cismi, bəzi xüsusiyyətlərinə görə Dünya ilə oxşarlıq göstərir. Tədqiqat qrupu, ABŞ Kosmik və Hava Agentliyinin (NASA) “Kepler” kosmik teleskopu vasitəsilə 2017-ci ildə toplanan K2 missiyası məlumatlarını istifadə edərək “HD 137010 b” adlı namizəd planeti müəyyən edib.
Astronomlar müəyyən ediblər ki, bu planet Günəş tipli bir ulduz ətrafında dövr edir və ölçüsü Yerdən yalnız 6% daha böyükdür. Planet orbitini 355 gündə tamamlayır. Tədqiqatçılar həmçinin bildiriblər ki, planetin orbitində dövr etdiyi ulduzun yaşana bilən zonada olması ehtimalı 50%-dir və 146 işıq ili məsafədə yerləşdiyi üçün teleskopla ətraflı müşahidələr aparmaq mümkündür.
Buna baxmayaraq, ulduz Günəşdən daha soyuq və daha az işıqlıdır, bu səbəbdən HD 137010 b-nin səth temperaturu Marsa bənzəyir və -70°C-yə qədər düşə bilər.
Eksoplanet olaraq təsnifləndirmək üçün isə əlavə məlumatlar əldə olunması zəruridir. Tədqiqatın detalları “Astrophysical Journal Letters” jurnalında dərc edilib.
Mövsüm,
AzNews.az