Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.
Aznews.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu ilin yanvar ayından etibarən Tural Feyzullayev AMB-yə baş direktor təyin edilib.
Qeyd edək ki, T.Feyzullayev 2022-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.
Aznews.az