Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə ABŞ arasındakı münasibətlərdəki gərginlik təşkilat üçün problemdir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına verdiyi müsahibədə bildirib.
"İttifaq atavizmdir, keçmiş dövrün qalığıdır. Varşava Paktı dağılanda Sovet İttifaqı mövcudluğunu dayandırdı, bütün sovet respublikaları müstəqil oldu və NATO-nun saxlanmasının istənilən məqamı tamamilə yox oldu", - deyə o qeyd edib.
Lavrov xatırladıb ki, təşkilat SSRİ və onun geosiyasi müttəfiqlərini cilovlamaq üçün yaradılıb. O əlavə edib ki, Qərbdə də alyansın aktuallığını itirməsi ilə bağlı narahatlıqlar, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) keçmək təklifləri var.
Mövsüm,
AzNews.az