21 yaşlı oğlan dəm qazından zəhərlənərək öldü

30 Yanvar 2026 10:06 (UTC+04:00)

Şəmkirdə 21 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Aznews.az xəbər verir ki, 2005-ci il təvəllüdlü, Təzəkənd kənd sakini Məmmədov Ruhlan Etibar oğlu yataq otağında quraşdırılmış qazla işləyən sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Şəmkir rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Aznews.az