Akif Nağı Qarabağ haqqında kitab yazdı

16 Sentyabr 2013 13:23 (UTC+04:00)

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Türkiyə türkcəsində "Qarabağ müharibəsi. Qısa tarix" adlı kitabı nəşr olunub.

Kitabda Qarabağın tarixi, o cümlədən ermənilərin buraya köçürülməsi ilə bağlı hadisələr, Qarabağ müharibəsinin başlanması, gedişi və hazırkı dövr üçün nəticələr, Qarabağa dair danışıqlar prosesi davamlı şəkildə izlənilib və xronoloji ardıcıllıqla əks etdirilib.

Kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşi aktlar, Xocalı soyqrımının kiçik yaşlı qurbanlarının siyahısı, Xocalı soyqrımını törədən erməni heyətin adları, hadisələrin xronologiyası ayrıca olaraq verilib.

Kitabın yaxın günlərdə ediləcək səfər zamanı Türkiyənın İstanbul, Ankara, Çanaqqala, İzmir, Qars, İğdır və digər şəhərlərində paylanması, dövlət və ictimai-siyasi qurumlara, universitetlərə, kitabxanalara verilməsi nəzərdə tutulur. Kitabın müəllifi Akif Nağı, Türkiyə türkcəsinə çevirəni Cəfər Daldır.

Kitab QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çap olunub.

AzNews.az