Ucarda avtomat satmaq istəyən şəxs tutulub

31 Yanvar 2026 12:38 (UTC+04:00)

Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Aznews.az-a verilən məlumata görə, Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.