Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 %-dən çox artıb

31 Yanvar 2026 15:04 (UTC+04:00)

Bu ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 946,7 milyon manat təşkil edib.

Aznews.az xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 9,1 % çoxdur.

Kredit qoyuluşunun 22 milyard 195,7 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 9,2 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 867,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 10 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,4 %-dən 24,6 %-ə yüksəlib.

Yanvarın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 883,7 milyon manat olub. Bu, illik müqayisədə 4 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6,2 %-dən 5,9 %-ə düşüb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.

AzNews.az