İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində 9,2 milyon avro itirib.
Aznews.az xəbər verir ki, "Liverpul", "Mançester Siti" (hər ikisi İngiltərə) və "Benfika" (Portuqaliya) ilə oyunlarda alınan məğlubiyyətlər nəticəsində "Kral klubu" 6,3 milyon avrodan məhrum olub.
Bundan əlavə, son turda turnir cədvəlində üçüncü yerdən doqquzuncu pilləyə geriləmək "Real"a daha 1,9 milyon avroya başa gəlib.
Madrid təmsilçisi birbaşa 1/8 finala vəsiqə qazansaydı, 2 milyon avro əldə edəcəkdi, lakin pley-off mərhələsinə düşdüyü üçün yalnız 1 milyon avro qazanıb.
Mənbənin bildirdiyinə görə, əgər İspaniya nəhəngi 1/8 finala vəsiqə uğrunda keçiriləcək pley-off mərhələsində turnirlə vidalaşarsa, daha 11 milyon avro itirə bilər. Bununla belə, ümumi mərhələnin yekunlarına əsasən "Real" indiyədək 39 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, La Liqa təmsilçisi pley-off mərhələsində "Benfika" ilə qarşılaşacaq.