Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 21 % artıb

31 Yanvar 2026 15:41 (UTC+04:00)

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 25 milyard 821,9 milyon manat təşkil edib.

AzNews.az xəbər verir ki, bu, aylıq müqayisədə 8,3 % az, 2025-ci ilin yavarın 1-i ilə müqayisədə 2,9 % azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 24 milyard 038,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 17,2 % çox, ötən ilin yanvarın 1-i ilə müqayisədə 20,9 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 57 milyard 86,2 milyon manat olan 22 bank fəaliyyət göstərir.