Ötən gün Azərbaycanda axtarışda olan 120 nəfər tapılıb

31 Yanvar 2026 18:01 (UTC+04:00)

Azərbaycanda axtarışda olan 120 nəfər yanvarın 30-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Aznews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, həmçinin ötən gün borclu şəxs qismində axtarışda olan 76 nəfər də saxlanılıb.