İranın iki şəhərində baş verən partlayışlarda 5 nəfər həlak olub, daha 19 nəfər yaralanıb

31 Yanvar 2026 20:19 (UTC+04:00)

Bu gün İranın iki şəhərində partlayışlar baş verib, ölən və yaralananlar var.

Aznews.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

"Mashregh" nəşrinin məlumatına əsasən, İranın qərbində yerləşən Əhvaz şəhərində baş verən partlayış nəticəsində dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb. Qeyd olunur ki, xilasedicilər dağıntılar altından sağ qalan azyaşlını çıxara biliblər.

"Tasnim News" yazır ki, Bəndər-Abbas limanında yaşayış binasında baş verən partlayışda bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.